

Martın 16-sı Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
Demiryumruq.az məlumatına görə, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.
***
İclasdan sonra Xocavənd rayonunda “İmperium Agro MMC” bağçılıq təsərrüfatına baxış keçirilib.
***
Xocavəndə səfər çərçivəsində Qərargahın üzvləri rayonun Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
***
Xocavəndə səfər çərçivəsində rayonun Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib.
Tədbirdə müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.