Redaksiyamıza 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsindən bağlı daha bir şikayət xarakterli müraciət daxil oldu. Müraciətin mətnini sizlərə təqdim edirik:
AAYDA-nin terkibinde olan 7 sayli Xüsusi Təyinatli Yol İdarəsinin xidmət rəisi işçilərin dili ilə desək Məhəmməd Musayevin vəziri heç bir ali savadi və diplomu olmayan yol idarəsinə aid heç bir biliyi və xüsusi bacariğı olmayan, amma qanunsuz şekildə xüsusi təyinatli bir idarəyə həmin idarənin rəisi Məhəmməd Musayev tərəfindən xüsusi bir təmtəraqla xidmət rəisi gətirilən bununlada keçidləri orada olan eskalatorlari və tunellərdə olan xüsusi əhəmiyyətli nasoslari generatorlari öz bacariqsizliği sahəsində yararsiz hala salan və dövlətə milyonlarla manat ziyan vuran Nehmətov Nazirden bəhs edeceyik. Adinin Nazir olmağindan qurrələmiş olmali ki, idarədə rəhbərliyi demək olar ki 3 ildi özü həyata kecirir. Belə ki, nə baş muhəndis Əhliyar Haqverdiyev nə idarənin direktorunun müavini Faiq Seyidov, nə Bas mühasib Sahib Əmirov, nə kadrlar şöbəsinin rəisi Lətafət Haqverdiyeva, nə ərazidə olan sahə rəisləri ümumiyyətlə heç kimsə Nazir Nehmətovun rəyin almadan heç bir iş göre bilməz. Düşünə bilirsizmi xüsusi təyinatli bir idarədə yaranan bu biabirçı vəziyyəti və bütün bunlara göz yuman idarə direktoru bütün bunlara icaze verməsin?Niyədə olmasin? Bir insan öz dövlətinin mənafeyin qorumur və onun ayirdiği pullari mənimsəyirsə daha nə demek olar?
Bütü idarə üzrə işçilərə taprişib ki, hər kəs mənim barəmdə paylaşilan yaziya gözəl rəylər yazsin və özleridə paylașsinlar. Özu baresinde yazilan menfi yazilara ise hemin yazini yazan sayt ve rehberlerini tehqir etmek isini Orxan Ezimov Nazir Nehmetov Sənan Quliyevə tapşirib.Onlarda saxta sehifeler vasitesile hemin yazilara tehqir yazmaqla məşğuldurlar.
Bir idare direktorunun ozunu her gun tiktokda terifletmesi ise avtomobil yollarinda yalniz Mehemmed Musayev sayesinde mumkundur.Cunki basqa direktorlar sosialdan uzaq oz isleri ile mesguldurlar.Ozunu Rehber adlandirmaq ise ciddi bir qanunsuzluqdur.Aldigimiz melumatlara gore Nehmetov Nazir hər ay ayrı-ayrı işçilərin maaşlarına formal olaraq “mükafat” yazdırır, lakin həmin vəsaitlər sonradan işçilərdən geri alaraq mənimsəyir. Eyni zamanda, həmin işçilərin işə gecikməsinə və iş yerini vaxtından tez tərk etməsinə illərdir göz yumur.
Çunki maşin ustasi olan biri xüsusi əhəmiyyətli bir idarədə yalniz qanunsuz əməllərlə rüşvət yigmaqla pul mənimsəməklə məşğul oldugundan idaredə tam bir boșluq yaranib və bütün bunlarinda səbəbi Nehmətov Nazir və Məhəmməd Musayevdir. Belə ki, işçilərdən rüşvət şəkilində pul alan Nehmetov Nazir indi işçilər qarşısında gözü kölgəli olduğundan həmin işçilərə nesə deyə bilmir. Beləcedə eskalator olan xüsusi əhəmiyyətə malik olan kecidlerde günün böyük hissəsini işçilər olmur. Gecələr isə demək olar ki, uzaq keçidlərn böyük hissəsində işçilər yerlərində olmurlar və buna ehemiyyet belə verilmir. Əsas məsələ Nehmətov Nazirin pul yigmağı mənimsəmələrdən öz ətrafina əsasəndə direktor Məhəmmed Musayevə tehvil vermmişdir. Eskalatorlarin xarab olmasi keçidlərin gecələr qaranliğa qərq olmasi, yagiş yağarkən keçidləri su basmasi, yerüstü keçidlərdə olan liftlərin işləməməsi, keçidləri təmizləmək üçün təmizlik vasitelelerinin olmamasi göz önündədir. Xidmət rəisi olaraq Nehmətov Nazirin öhdəliyinde olduğu halda illərdirki bu məsələlər öz həllin tapmir və belə görünür ki, tapmayacaqda.
Çunki, Məhəmməd Musayev işçiləri toplayaraq bildirib ki, düşunməyin Saleh Memmedov gedib mendə gedəcəm. Mənə heç kim heç nə edə bilməz. Özünü rəhbər adlandiran Musayevin șùarlarla cixis edərək mənə kimsə nəsə edə bilmez, məni kimsə işden cixara bilməz deməsi boyuk həm də cox boyuk qanunsuzluqdur. Deməli, Musayev özünü qanunlardan üstun tutur. Belə olmasa idi cibində qanunsuz maas kartlari hələ də olmazdi.
Məhəmməd Musayevin etdiyi ən böyük qanunsuzluq isə 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan etməsi və həmin şəkilləri toplatdırmasi idi. Bu addım işçlər arasinda çox ciddi narazılıq doğurdu.
Musayevin belə əməlləri öz çirkin niyyətini aciq aşkar bildirmiş oldu. Milyonlarla manat dövlət vəsaitin mənimsəyən və bundan qəti narahat olmayan, əksinə yaxin bir zamanda jurlanistlərə müsahibə verəcəyi deyilən Məhəmməd Musayev ərazidə olan xadimə və fəhlələrə Sənan Quliyev və Nazir Nehmətov vasitəsil ilə xəbər göndərərək tapşıriq verib ki, menim gondereceyim jurlanistlere menim baremde gozel sozler deyin menim her birinize yardim etdiyimi bildirin terif edin.
Bir idarə direktoru olan Məhəmməd Musayev öz qanunsuz əməllərini ört-basdir etmək özünü rəhbər adlandiraraq, nəyə nail olmaq isdəyir?
Amma 7 sayli xüsusi təyinatli idarənin bütün işçi heyyəti Nehmətov Nazir Quliyev, Sənan və Əzimov Orxandan başqa hər biri yeni sədr Vüsal Nəsirlidən onlari özünü rəhbər adlandiran Məhəmməd Musayevin zülmundən azad etmələrini xahiş edirlər.
Müraciətdə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.