Dəmir yumruq » Manşet » "Pilgrim Education" Təhsil Mərkəzinin daha iki tələbəsinə xoş mujdə
Manşet / Bugün, 10:04

"Pilgrim Education" Təhsil Mərkəzinin daha iki tələbəsinə xoş mujdə

 
“Pilgrim Education” Təhsil Mərkəzinə müraciət edən daha bir neçə tələbə Avropa universitetlərindən qəbul əldə edib.
 
Belə ki, saytımıza açıqlama verən şirkətin rəhbəri və eyni zaman da Təhsil eksperti Aisa Aslanova bildirdi ki, bu istiqamətdə uğurlarımızın sayı günü gündən artır. Etiraf edək ki, qloballaşan dünyada keyfiyyətli təhsil almaq, beynəlxalq universitetlərdə təcrübə toplamaq gənclərimizin ən böyük hədəflərindən biri hesab olunur. 
Əlbətdə ki, düzgün istiqamət, peşəkar dəstək bir araya gəldikdə bu hədəflər real uğura çevrilir. Pilgrim Education olaraq hər il neçə-neçə tələbənin xaricdə təhsil arzularının gerçəkləşməsinə dəstək olmaqdan qürur duyur. Bu uğurlu yolun növbəti qəhrəmanları isə Turan Hüseynzadə və Fidan Qasımovadır.
Xəzər Universitetinin məzunu olan Turan Hüseynzadə Pilgrim Education Mərkəzinin peşəkar dəstəyi ilə Avropanın nüfuzlu universitetlərindən bir neçə qəbul əldə etməyi bacarıb. O, İtaliyanın və ümumilikdə Avropanın ən tanınmış ali təhsil müəssisələrindən sayılan, dünyanın TOP 200 universitetləri sırasında yer alan Padua Universiteti və Sapienza Universitetindən qəbul məktubu alıb. Bununla yanaşı Turan Almaniyanın aparıcı tətbiqi elmlər universitetlərindən biri olan Offenburg University of Applied Sciences (UAS Offenburg) universitetindən də qəbul əldə edərək akademik uğurlarını daha da möhkəmləndirib. Bu nəticə onun məqsədyönlü hazırlığının, zəhmətinin və doğru planlaşdırmanın bariz göstəricisidir.
Digər tələbəmiz Fidan Qasımova isə artıq yeni akademik həyatına Türkiyədə başlayıb. O, İstanbul şəhərində yerləşən Üsküdar Universitetində “Molekulyar Biologiya” ixtisası üzrə tam qəbul əldə edib və hazırda İstanbulda yaşayaraq təhsil həyatına davam edir. Fidan artıq Türkiyədə rəsmi yaşayış icazəsi olan oturum (ikamet) alma mərhələsindədir və yaxın zamanda tələbə həyatını tam şəkildə quraraq akademik fəaliyyətinə başlayacaq.
Bu kimi uğurlar bir daha göstərir ki, düzgün istiqamətləndirmə və sistemli hazırlıq gənclərimiz üçün dünyanın ən yaxşı universitetlərinin qapılarını açır. Pilgrim Education olaraq tələbələrimizin hər addımında yanında olmaqdan, onların arzularının gerçəkləşməsinə töhfə verməkdən və belə uğur hekayələrinin bir parçası olmaqdan ötrü bütün imkanlardan istifadə edirik.
Demiryumruq.az

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.