
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov ətrafında qalmaqallar səngimək bilmir. Bu arada onun təyin etdiyi rəhbər şəxslər də kifayət qədər vəzifə səlahiyyətlrindən sui-istifadə edib. Bu barədə Demiryumruq.az saytına daxil olan məlumatları bir-bir oxucuların ixtiyarına veririk:
Eskalatorlara alınacaq olan amma alınmayan detallar keçid və tunellərin işıqlandırılması üçün ayrılan pullar nasosxanaların generatorlarına ayrılan tonlarca dizel yanacaq aidiyyəti üzrə yox Məhəmməd Musayevin șəxsi məqsədləri üçûn istifadə olunur. Məlumatlarda o da vurgulanır ki, pul yığma işlərinə direktorun kassası olan Nazir Nehmətov bașçılıq edir. Nehmətov İdarəyə ayrılan yanacağı Sənan Quliyev vasitəsilə qanunsuz olaraq satır və șəxsi məqsədləri üçün istifadə edirler. İddialara görə 7 saylı idarədə tam bir özbaşınalıq hökm sürür. Çünki bûtûn ișlər Nazir Nehmətovun əlindədir və arzuladığı formada dövlət vəsaitini yalan edir. Hətta öz qardașı Elmanı belə öz yanına ișə düzəldib və qanunsuz əməllərinə ortaq edib.
Mənbə daha sonra qeyd esir ki, Nazir Nehmətov tam bir oliqarx həyat yașayır və reytinqli restoranlarda yeyib-içmək məclisləri də təşkil edir. Belə ki noyabr ayında dostları ilə olduĝu məclislərin birində həddən artıq spirtli içki içdiyi üçün komaya düșmüșdür.
Ümumiyyətlə Məhəmməd Musayev və Nemətov Nazir birgə dövlətə külli miqdarda ziyan vurduğu, eyni zamanda milyonlarla manat pulu mənimsədiyi qeyd edilib. Hər ay təkcə keçidlərdə olan abyektlərə satdıģı qanunsuz elektrik enerjisindən minlərlə manat pul qazanır. Həmin siyahínî Sizlərə təqdim edirik
Musayev özünü idarədə “toxunulmaz şəxs” kimi aparır, işçilərə yuxarıdan aşağı baxır və hər gün idarəyə gələrkən işçilərin sıraya düzülərək baş əyməsini tələb edir.
Bildirilir ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan edib və həmin şəkilləri toplatdırıb. Bu addım cəmiyyətdə ciddi narazılıq doğurub.
“7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə aşağıdakı obyektlərə qanunsuz elektrik enerjisi verilib:
Beş mərtəbə yeraltı keçid – 37 mağaza
Milli Bank yeraltı keçid – 12 mağaza
Nizami yeraltı keçid – 1 mağaza
Targovu yeraltı keçid – 1 mağaza
Ağ şəhər yeraltı keçid – 1 köşk
Luna park yerüstü keçid – 1 köşk
Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza
Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk
Babək–Azneft yeraltı keçid – 1 köşk
Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk
Olimp yeraltı keçid – 3 mağaza
Azadlıq 189 – 1 mağaza
Z. Bünyadov 11 yerüstü keçid – 1 mağaza
Aviasiya keçidi yeraltı keçid – 1 köşk
Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza
Atatürk 47 yerüstü keçid – 1 köşk
Sabunçu yerüstü keçid – 2 köşk
Salyan avtovağzal yeraltı keçid – 1 köşk
Bununla belə yenədə köməkçisi Nazir Nehmətov keçidləri gəzərək xadimə və fəhlələrə gözdağı verərək bildirir ki, bizim barəmizdə mətbuatda yazılan yazılar boș șeylərdir kimsə Məhəmməd Musayevə heçnə edə bilməz.Ümid edirik ki AAYDA-nin sədri Vüsal Nəsirli Məhəmməd Musayev barəsində tədbir görəcəkdir.
Demiryumruq.az olaraq inanırıq ki, məsələyə ilk növbədə "Azərişıq" ASC və digər dövlət qrumları munasibət bildirəcəklər. Bizim arşdırmalarımız davam edir...
Demiryumruq.az