Dəmir yumruq » Manşet » Badamdarda bu qanunsuz tikintiyə hansı şərtlərlə icazə verilib?
Manşet / Bugün, 08:37

Badamdarda bu qanunsuz tikintiyə hansı şərtlərlə icazə verilib?

 

Səbail rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır. Bu qanunsuz tikintilərin qarşısı alınmır.

Qanunsuz  tikintilərə şərait yaradılıb. Hal-hazırda isə  Səbail rayonu Badamdar-3 Tofiq Məmmədov küçəsində  qanunsuz mansard artımı işləri aparılır.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Səbail rayonu Badamdarda hansı məmur razılığı ilə inşa işləri aparıdığı bilinmir.

Qeyd edək ki, qanunsuz tikintilərə Səbail rayon  İcra Hakimiyyəti hansı şərtlərlə icazə verdiyi  müəmmalıdır

Səbail  rayonu İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.

XALQ-a  inşa işlər  aparan ustalar bildirb ki,  burada hansı şirkət və şəxs tərəfindən işlər aparıldığı məlumatları yoxdur. Həmçinin görüntülərdə aydın olur ki, heç bir təhlükəsizlik tədbirləri görülmədən aparlan inşa işlərinə nəzarət olunmur.

Qeyd edək ki,2018-ci ildən  Səbail rayonu İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntünü təqdim edirik:


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.