Bəli, söhbət Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylidən getdiyi heç kimə sirr deyil.
Etiraf edək ki, Demiryumruq.az saytı bu istiqamətdə apardığı araşdırmalara əsasən qeyd edir ki, AMEA prezidentinə qarşı səslənən ittihamlar reallığı əks etdirir, eyni zamanda kifayət qədər arqument və dəlillər misal gətirmək iqtidarındadır. Belə ki, adı bir çox qalmqallarda hallanan İ. Həbibbəyli ölkənin elm adamlarına hörmət əlaməti olaraq "zəbt etdiyi" postu təhvil verməli və üzüsulu getməli idi. Amma alimlərimiz, elm xadimlərimiz bunun əksini gördü. Görünən odur ki, AMEA prezidenti İsa Həbibbəyli əsl ziyalıları, real elmi fəaliyyəti olan alimləri dəstəkləmək əvəzinə, təhsilə və elmə zərər vuran, bu gün isə cinayət məsuliyyətinə cəlb olunan şəxsləri himayə edib.
Əslində, bir alimin vikipediyasına nəzər yetirəndə onun elm üçün, dövlətimiz üçün nələrdən keçdiyinin şahidi olanda insan daxilən qürur duyur, fərəhlənir. Təəsüflər olsun ki, AMEA prezidenti İsa Həbibbəylinin adı gah özünü “təhsil eksperti” kimi təqdim edən Kamran Əsədovla, gah da dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə birgə yallandı. Ağır cinayət ittihamlarında hallanan Kamran Əsədov vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli tərəfindən fəxri diplomla təltif edilib. Sual yaranır. Çox hörmətli filologiya elmləri doktoru İsa müəllim, siz hansı müsbət xüsusiyyətlərinə görə, təhsilimizə ağlasığmaz dərəcədə zərbə vuran, imtahan sistemini saxtakarlıqla ləkələyən bir şəxsi hansı “xidmətlərinə” görə elm adına təltif etdiniz?

Baş verən hadisə onu göstərdi ki, elm və təhsil sahəsində ən yüksək postlarda əyləşən şəxslərin verdiyi qərarlar təkcə qurumun deyil, eyni zamanda cəmiyyətin gələcəyinə sarsıdıcı zərbə vurur. Ahıl yaşında saxtakarlıqlarla məşğul olmaq nə elimimizə, nə də cəmiyyətimizə fayda verməyəcək. Belə olan halda nəzarət edən qrumlar bir başa AMEA prezidenti İsa Həbibəylinin də fəaliyyətini dərindən araşdırmalıdır.
Bütün fəaliyyəti ifşa olunan xəyanətkar Ramiz Mehdiyevə olan sayğı...
AMEA prezidenti akademik İsa Həbibbəylinin yol verdiyi ciddi nöqsanlar tək bununla bitmir. Bir sözlə, akademiklə bağlı ictimai müzakirələr kəskin şəkildə artır. İstər sosial mediada, istərsə də bəzi KİV-lərdə tənqid olunur ki, belə bir mürəkkəb ictimai-siyasi dönəmdə, ölkədə yüksək səviyyəli məmurlar və ictimai xadimlər barəsində ciddi ittihamlar irəli sürülən bir vaxtda Həbibbəyli hələ də vəzifəsində qalır. Onun Ramiz Mehdiyevlə münasibətləri, “Ramiz müəllim” deyərək az qala təzim etməsi və keçmiş dövlət məmuruna qarşı sədr kimi sərt tədbirlər görməməsi bu sualları daha da aktuallaşdırıb. İ.Həbbibəylinin "Ramiz müəllim" ifadəsi adı hallanan şəxsə hörmət əlamətinə bir işarə olsada, bütün müəllim heyyətinə qarşı ən sərt formada təhqir hasab olundu. Akademik hələ bu azmış kimi dostluğa olan sadiqliyi daha aydın formada nümayiş etdirməkdən belə çəkinmir. Konkret, AMEA prezidenti Ramiz Mehdiyevin bütün kadrlarına ən yüksək vəzifə verir və sanki qarşılarında öhdəlik götürmüş kimi vəzifə daşıyır.
Araşdırmalarımız davam edir...
Demiryumruq.az