"Təhsil millətin gələcəyidir" deyib Ulu Öndər Heydər Əliyev.
Bəli, sözün həqiqi mənasında millətin düzgün formalşması üçün ilk növbədə təhsilə böyük önəm verilməlidir. Bu istiqamətdə bizim istedadlı gənclərimizdə kifayət qədər öz bilikləri, savadları ilə çoxlu çalışmalı və eyni zamanda məqsədlərinə nail olmalıdırlar. Bunlardan əlavə ölkə xaricinə üz tutan tələbələrimizdə xoş xəbərlərlə bizləri sevindirməlidir.
Pilgrim komandası olaraq diqqətinizə çatdırırıq ki, tələbələrimizin uğur hekayələri bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə əldə etdiyimiz uğurlara daha bir uğur əlavə olundu. Belə bir sevindirici xəbər Nilüfər Əliyeva ilə bağlıdır. Nilüfər Data Science ixtisası üzrə ümumilikdə 6 universitetdən qəbul alıb, onların 4-ü Avstraliyada, 2-si isə İspaniyada yerləşir.
Bu nəticə təsadüfi deyil. Pilgrim olaraq Nilüfərlə təxminən 6 ay ərzində intensiv şəkildə çalışdıq və müraciət prosesinin hər mərhələsi üçün xüsusi strategiya hazırladıq.
Proses boyunca düzgün universitet seçimi, güclü motivasiya məktubunun hazırlanması, uyğun proqramların müəyyənləşdirilməsi və effektiv müraciət strategiyasının qurulması üzərində sistemli şəkildə işlədik. Nəticədə Nilüfər müxtəlif ölkələrdə Data Science sahəsi üzrə nüfuzlu proqramlardan qəbul almağı bacardı.
Bu uğur bir daha göstərir ki, düzgün planlama və peşəkar istiqamətləndirmə ilə tələbələr eyni vaxtda bir neçə güclü universitetdən qəbul əldə edə bilərlər. Nilüfəri bu möhtəşəm uğur münasibətilə təbrik edir və gələcək akademik yolunda ona böyük nailiyyətlər arzulayırıq. Bu hekayə göstərir ki, doğru strategiya və peşəkar istiqamətləndirmə ilə dünyanın aparıcı universitetlərinin qapıları tələbələrimiz üçün açıqdır.
Demiryumruq.az