Dəmir yumruq » Manşet » Müdafiə Nazirliyi “Bayraktar” PUA-ları ilə bağlı məlumat yaydı
Manşet / Bugün, 08:02

Müdafiə Nazirliyi “Bayraktar” PUA-ları ilə bağlı məlumat yaydı

 

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

Bu barədə Demiryumruq.az Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.

Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.