Dəmir yumruq » Manşet » “Bütün İran azərbaycanlıların əlindədir...”-MÜSAHİBƏ
Manşet / Bugün, 08:40

“Bütün İran azərbaycanlıların əlindədir...”-MÜSAHİBƏ

 

“Bütün Cənubi Azərbaycan ayaqdadır. Bizim Azərbaycanda isə murdar-murdar adamlar peyda olub ki, Təbrizin və Tehranın bombalanmasına sevinirlər...”
 
“Ümumiyyətlə, İranı farsdilli azərbaycanlılar idarə edirlər. Onların sayəsində İranda sosial müdafiə ABŞ-dan da üstündür...”
 
“Sən demə, İrana qarşı müharibəyə getməklə Tramp  Avropa İttifaqının dağıtmaq və yaxud ABŞ-dan asılı vəziyyətə salmaq üçün həmin dövlətlərin iqtisadiyyatını heç etmək niyyəti güdür. Məqsəd eynu zamanda Kanadanın, Qrenlandiyanı ələ keçirmək üçün Aİ maneəsini aradan qaldırmaqdır...”
 
“ABŞ prezidenti 50 ildən çox müddətdə İranda azərbaycanlıların qanını içmiş Pəhləvi sülaləsini hakimiyyətə qaytarmaq istəyir. İranı namusu, qeyrəti, haya-abır, böyük-kiçiyi olmayan “matişkə”xanaya çevirmək istəyirlər...”
 
Hadisə və proseslərə özünəməxsus baxışlarıyla seçilən siyasi analitik Tahir Cəfərli Moderator.az-a  ABŞ-İsrail cütlüyünün İrana artıq 5-ci gündür davam edən savaşı, İranın gələcəyi, həmçinin ölkədəki Azərbaycan türklərinin taleyi ilə bağlı növbəti maraqlı müsahibə verib. 
 
-Tahir müəllim, çoxlarında belə sual yaranır: “Görəsən, bu gedişlə Amerika İrandakı teokratik rejimi qısa müddətə devirib onun yerində dünyəvi hökümət qurulmasına nail ola biləcəkmi?” 
 
-Buna inanmaq mümkün deyil. Əvvəla, unutmayaq ki, İran ideologiyası olan dövlətdir. Ölkədəki müxtəlif millətləri bu ideologiya ətrafında xeyli dərəcədə birləşdirə bilib. Təsəvvür edin, bu, Stalin dövründəki SSRİ-ni xatırladır. İranda bu saat İslam sosializmidir. Xalq üçün təhsil  səhiyyə havayıdır. Bu sahədə İranın göstəriciləri ABŞ-dan da , İsraildən də üstündür... 
 
Bəzi mətbu orqanlarının çıxışlarından hiss edirsən ki, antiiran təbliğatına  girişiblər və anlamaq istəmirlər ki, iranlılar on illərdir ABŞ sanksiyalarına baxmayaraq inkişafdan qalmayıblar. İranın hərbi-sənaye komplekslərinin ortaya çıxardıqları hiper-səs raketləri bu günə qədər nə İsrail, nə də ABŞ hazırlaya bilib. 
ABŞ Rusiyanın “Oreşnik”inin qorxusundan, Ukraynanın torpaqlarını Moskvaya  güdaza verməyə razılaşıb...  İndi təsəvvür edin, İranın İsraili vurduğu hiper-səs raketlərinin gücünü.  Onlar Rusiyanın “Oreşnik”indən də üstün olduğundan istənilən yeri dəqiqliklə vururlar və onların qarşısını alan hava hücumundan müdafiə sistemləri yoxdur. Odur ki, ABŞ-ın “Avraam Linkoln” və başqa  hərbi təyyarədaşıyan gəmiləri İran sahillərindən uzaqlaşdılar, çünki İranın atacağı hiper-səs raketininin biri onların göyərtəsinə düşsəydi ABŞ üçün biabırçılıq olardı.  Bunu görən Donald Tramp və onun  komandası o saat əl-ayağa düşüb deyirlər: “Biz Xameneini öldürmək istəməmişik. Bu bizim işimiz deyil.” Yalanın həddini görürsüz. Bunlar yalanlarla dünyaya hakim olmaq istəyirlər...
Tramp “İran bizimlə danışıqlıqlara gettmək istəyir”-deyir. Həqiqət isə başqadır. Anlamırlar ki, o, “Pandora” qutusunu açıb və bütün bəşəriyyəti Üçüncü Dünya müharibəsi həddinə çatdırıb... 
 
Trampın bütün çıxışlarını və hərəkətlərin Geo-siyasi mərkəzimizdə ciddi təhlil etdikdən sonra onun müharibəyə getməsinin gizli məqsədlərini ortaya çıxardıq. Sən demə, İrana qarşı müharibəyə getməklə Tramp  Avropa İttifaqının dağıtmaq və yaxud ABŞ-dan asılı vəziyyətə salmaq üçün həmin dövlətlərin iqtisadiyyatını heç etmək niyyəti güdür. Məqsəd eynu zamanda Kanadanın, Qrenlandiyanı ələ keçirmək üçün Aİ maneəsini aradan qaldırmaqdır... 
 
ABŞ analitikləri yaxşı bilirdilər ki, İranla müharibəyə getsələr, Hörmüz körfəzini iranlılar bağlayacaq, nəticədə Aİ və ərəb ölkələri lüt qalacaq. Nəticədə dünyanın iqtisadi ipləri ABŞ-ın əlinə keçəcək. Doğrudan da bir-neçə həftədən sonra Avropa ölkələri neftsiz-qazsız qalmaqla ABŞ-dan tam asılı vəziyyəətə düşəcəklər. Ona  görə Tramp müharibənin iki-üç həftə olacağını deyir. Trampın bu müharibəyə getməsi və başlaması ilk növbədə Amerikanın xeyirinədir. Odur ki, müharibənin  uzun müddətli olmasından da o, uduzmur. Uduzanlar ABŞ liderinə qoşulan ölkələr olacaq... 
 
İkincisi, Tramp İranla  müharibəyə getməklə həm də bir daha İsrailin “Dəmir gümbəz”ini yoxlamaq istəyir. Pentaqonda belə bir “gümbəz”in ABŞ üzərində quraşdırmasını istəyən generallar var və Tramp onun effektivliyini öz gözü ilə görmək istəyir. Nəticələr isə acınacaqlıdır. İranlılar “Dəmir gümbəz”i aşsüzənə çeviriblər...
 
-Mövzudan xeyli yayındıq: ABŞ-n İrandakı teokratik rejimi qısa müddətə devirib onun yerində dünyəvi hökümət qurulmasına nail ola biləcəyi ehtimalından danışırdıq...
 
-Bilirsiz, elə arqumentlər var ki, əvvəlcə onları xatırlatmaq gərəkdir. Nədənsə biz ABŞ lideri Donald Trampın birinci olaraq İrana hücum etmək əmrindən, bütün beynəlxalq normaları, hətta öz ölkəsinin qanunlarını pozmasından danışmırıq. Bu saat İranda müharibəni Tramp Konqresin qərarı olmadan aparır. Özünü “demokrat” adlandıran bu siyasətçi: “dədəm mənə kor dedi, gəlib gedəni vur dedi!” prinsipi ilə aparır. “Güc varsa, ağıl nəyə lazımdır” deyə düşünür. Fikir verin,  ABŞ prezidenti 50 ildən çox müddətdə İranda azərbaycanlıların qanını içmiş Pəhləvi sülaləsini hakimiyyətə qaytarmaq istəyir. İranı namusu, qeyrəti, haya-abır, böyük-kiçiyi olmayan “matişkə”xanaya çevirmək istəyirlər. Odur ki, bütün Cənubi Azərbaycan ayaqdadır. Bizim Azərbaycanda isə murdar-murdar adamlar peyda olub ki, Təbrizin və Tehranın bombalanmasına sevinirlər...
 
İrandan azdan-çoxdan başı çıxanlar bilirlər ki, Tehran əhalisinin onda doqquzu azərbaycanlılardır. Ümumiyyətlə, İranı farsdilli azərbaycanlılar idarə edirlər. Onların sayəsində İranda sosial müdafiə ABŞ-dan da üstündür...
 
O ki qaldı İranda hansısa yeni dünyavi  hökumət qurulacağına, bu, baş tutan iş deyil. İran xalqı öz seçimini edib, heç bir ölkənin ixtiyarı yoxdur ki, burnunu ora soxsun. Nəticə isə göz qabağındadır. Müharibə uzanacaq və ABŞ uduzacaq...
 
-Son günlər belə bir sual da tez-tez səslənir: “Müharibə dayandığı halda xalq yenidən üsyana qalxarsa, mollakratiyanı hakimiyyətdən kənarlaşdırılıb Pezeşkianın rəhbərliyi ilə yeni dünyəvi hakimiyyətin qurulması mümkümdürmü?” 
 
- Gülməli sualdır. Məgər Pezeşkian dövlət başçısı deyil? Hansı səlahiyyətlərini onun əlindən alıblar? İranda teokratik hakimiyyət olsa da, İran öz konstitusiyası əsasında idarə olunur. Pezeşkian xalqın sevimlisi, İran səhiyyəsini ABŞ-dan da, Aİ-dan da yüksəyə qaldırmış şəxsiyyətdir.  İran vətəndaşıdır. Əgər  “mollakratiya” adlandırdığınız mühit bu cür şəxsiyyəti yetişdiribsə, deməli, ölkənin inkişafına  yol açanların İranda böyük hörməti var və bu ”mollalar” yaradıcı insanların qarşısını almırlar...  
 
-Cənubi Azərbaycandakı soydaşlarımızın taleyini necə görürsüz?
 
-Məgər Cənubi Azərbaycanın taleyi sapdan asılıb? Cənubu Azərbaycanın ali təhsil müəssisələri, səhiyyəsi, sosial müdafiəsi çox ölkələrdən üstündür. Bəziləri ana dilimizdə məktəblərin olmamasından danışırlar və ona görə mütləq  İrandan ayrılmağı tələb edirlər. Gülməlidir: bütün İran azərbaycanlıların əlindədir və onların əllərini İrandan kəsməyə  çalışırlar. “Bu nə verəcək?” sualını verin- cavab sizi şok vəziyyətinə salacaq. İranın Şərqi Qərbindən iqtisadi cəhətdən yüksəkdir. Ölkənin taleyini isə onun iqtisadiyyatı həll edir. Cənubu Azərbaycan məsələsinə bu nöqteyi-nəzərdən yanaşın. Böyük Azərbaycandan söz  gedirsə, onun da iqtisadi bazası olmalıdır...
 
Cənubu Azərbaycanın taleyi İrana bağlıdır, odur ki, Cənubi Azərbaycanlılar onların ölkəsini işğal etmək istəyən ABŞ və İsrailə qarşı Vətən müharibəsinə qalxıblar. Onlar milliyyətindən, dinindən asılı olmayaraq  bu ölkənin vətəndaşlarıdırlar və onlar Vətənlərini qorumalıdırlar ki, ABŞ-ın soxuşdurmaq istədiyi Pəhləvi eşşəklərini Cənubi Azərbaycana buraxmasınlar...
 
-Tahir müəllim, siz deyirsiz ki, bütün İran azərbaycanlıların əlindədir, həm də etiraf edirsiz ki, bu ölkəni farsdilli azərbaycanlılar idarə edir. Söhbət ondan gedir ki, öncə pəhləvi şah rejiminin, sonra da elə əsasən Azərbaycan türklərinin üsyana qalxması nəticəsində hakimiyyətə gələrək İran İslam respublikasını qurmuş indiki teokratik rejimin radikal siyasəti nəticəsində İrandakı soydaşlarımızın ana dilinə, ədəbiyyatına, mədəniyyətinə dövlət səviyyəsində rəsmi mənada(söhbət  bir neçə ildir prezident olan Pezeşkiandan getmir) hörmət edilmədiyindən və bir sıra digər səbəblərdən onlar milli kimliklərini itirirlər. Milli kimliklərini itirmiş azərbaycanlıların idarə etdiyi dövlət necə bizimki ola bilər?
 
(Davamı var)
 
Sultan Laçın    

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.