Xəbər lenti
Dəmir yumruq » Manşet » Rəqəmsal İnkişaf Şurası yaradıldı - Sədri Mehriban Əliyevadır
Manşet / Hadisə / Dün, 11:02

Rəqəmsal İnkişaf Şurası yaradıldı - Sədri Mehriban Əliyevadır

 

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
 
Demiryumruq.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb.
 
Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:
 
Şuranın sədri
 
Azərbaycanın Birinci vitse-prezidenti
 
Şuranın üzvləri:
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
 
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 
Azərbaycan Respublikasının elm və təhsil naziri
 
Azərbaycan Respublikasının ədliyyə naziri
 
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
 
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradıl və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.
 
Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
 
Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
 
Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.