Dəmir yumruq » Manşet » "Emin və Mehman Hüseynovun terrorunu ermənilər belə aparmır"-Zahid Oruc
Manşet / Bugün, 10:25

"Emin və Mehman Hüseynovun terrorunu ermənilər belə aparmır"-Zahid Oruc

 

“Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən Emin Hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum  kampaniyası idi”.

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

“Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü  iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir. Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə Prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımların iradəsinin ifadəsi oldu",–millət vəkili qeyd edib.

Parlamentari vurğulayıb ki, Emin Hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır:

"Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir ki, nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiniz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız?! Emin və Mehman Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün indi hansı qüvvələrlə savaşırıq”.

 

Firuzə Əliyeva


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.