Təhsil eksperti Aisa Aslanovanın Aztv kanalına “ərəb ölkələrində təhsil” mövzusu üzrə müsahibəsini təqdim edirik:
1. Ərəb ölkələrində təhsilə maraq hansı istiqamətdə artır?
Son illərdə xüsusilə STEM sahələrinə (Science, Technology, Engineering, Mathematics), Süni İntellekt, Neft və Qaz mühəndisliyi, Renewable Energy, Business və Fintech istiqamətlərinə maraq artıb. Bir çox ölkə iqtisadiyyatını şaxələndirmək üçün texnologiya və innovasiya yönümlü ixtisaslara investisiya edir.
2. Ərəb ölkələrində xarici tələbələr üçün imkanlar varmı?
Bəli. Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr beynəlxalq tələbələri cəlb etmək üçün aktiv strategiya yürüdür. Xarici universitetlərin kampusları, dövlət təqaüdləri (məsələn, fully funded proqramlar) və ingilis dilli proqramların sayı artmaqdadır.
3. Təhsil əsasən hansı dildə aparılır?
Dövlət universitetlərində ərəb dili üstünlük təşkil etsə də, texniki və beynəlxalq proqramlarda təhsil çox vaxt ingilis dilindədir. Xüsusilə magistr və doktorantura səviyyəsində ingilis dili əsas tədris dilidir.
4. Təhsil keyfiyyəti və beynəlxalq reytinqlər necədir?
Son illərdə ərəb ölkələrinin bir çox universitetləri dünya reytinqlərində yüksəlir. Xüsusilə KAUST (Səudiyyə Ərəbistanı), Qatar University və BƏƏ-də yerləşən bəzi universitetlər regionun akademik gücünü artırıb. Dövlət tərəfindən böyük maliyyə dəstəyi ayrıldığı üçün tədqiqat infrastrukturu gücləndirilir.
5. Ərəb ölkələrində təhsil almağın üstünlükləri nələrdir?
Vergisiz iqtisadiyyat (bəzi ölkələrdə), təhlükəsizlik, yüksək həyat standartları, güclü təqaüd proqramları və sürətlə inkişaf edən əmək bazarı əsas üstünlüklərdəndir. Bundan əlavə, region Asiya, Avropa və Afrika arasında körpü rolunu oynayır və məzunlara beynəlxalq karyera imkanları yaradır.
AzTV