Dəmir yumruq » Manşet » "SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...
Manşet / 11-02-2026, 09:11

"SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...

 

Bakınn Səbail rayonunda fəaliyyət göstərən "SS Butik" mağazasının satıcısı 3 nəfərə qarşı dələduzluq edib. 
Həmin şəxs zərərçəkmişləri mağazaya şərik edəcəyi və hazır biznesi satmaq adı ilə aldadıb. Zərərçəkmişlərə dəyən ziyanın ümumi məbləği 55 820 manatdır. 
Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. 
Məhkəmənin hökmü ilə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.