Dəmir yumruq » Manşet » Naxçıvanın yeni Baş naziri kimdir?
Manşet / Cəmiyyət / 9-02-2026, 09:41

Naxçıvanın yeni Baş naziri kimdir?

 

Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan Ali Məclisi Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması barədə qərar qəbul edib.
 
Demiryumruq.az məlumatına görə, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə bu şəhərdə doğulub.
 
O, Türkiyənin Ankara şəhərində ali təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
 
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.
 
Prezidentin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.