Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 əməkdaşı vəzifəsindən azad olunub.
Demiryumruq.az Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.
Struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub.
Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.
Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.