Dəmir yumruq » Manşet » Göyçayda Azərbaycan Gəncləri Günü” münasibətilə “Forum-30” adlı regional tədbir keçirilib
Manşet / Tədbir / Dün, 18:59

Göyçayda Azərbaycan Gəncləri Günü” münasibətilə “Forum-30” adlı regional tədbir keçirilib

 

   

 

 

   

Göyçay Rayon Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Forum-30” adlı regional tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
 
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir iştirakçılarını səmimi-qəlbdən təbrik edib, ölkəmizin gələcək inkişafı naminə layiqli töhfələr vermək və yeni-yeni naliyyətlər qazanmaq istiqamətində gənclərimizə uğurlar arzulayıb.
 
Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Dövlət Univeristetinin rektorunun müşaviri Elvin Məmmədzadə, şəhid atası, vətən müharibəsi iştirakçısı, regionun fəal gəncləri də öz çıxışlarında xoş arzularını çatdırıblar.
 
RİH başçısı rayonun ictimai həyatında fərqlənən bir qrup gənci Fəxri fərmanla təltif edib.
 
Yaşasın Azərbaycan Gəncliyi !


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.