


























2 fevral 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində gənclərlə 2 Fevral-“Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən rayon gəncləri iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri 2 Fevral-“Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı hər zaman öz təsdiqini tapmaqdadır. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimiz Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.
Çıxış edənlər gəncləri səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və ölkəmizin gələcək inkişafı naminə işlərində uğurlar arzuladılar.
Tədbirdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman və mükafatlar təqdim olundu.