Saatlı Rayon İcra və Probasiya Şöbəsində dərəbəylik höküm sürür. Bu barədə Demiryumruq.az saytına bir qrup rayonun Azadkənd kənd sakinlərinin müraciətində qeyd olunub.
Xatırladaq ki, Saatlı rayon Azadkənd kənd sakinlərinin istifadəsində olan örüş torpaq sahələri əllərindən alınmış, muxtəlif insanlara icarəyə verilmişdir. Bununla bağlı hüquqları tapdalanan vətəndaşlar bütün qrumlara müraciət edərək haqlarını tələb etsələrdə, nəticə etibarı ilə heç nə əldə etməyiblər. Baxmayaraq ki, dövlətimizin adından çıxış edən məhkəmə həmən torpaqları təcili sürətdə sakinlərin ixtiyatrına verilməsinə dair qərar qəbul edib. Məsələyə don geyindirmək üçün bütün vasitələrdən istifadə edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynav sanki örüş torpaqlarını özü icarəyə verib.
Üstəlik çəkinmədən hüquqlarını müdafiə edən kənd sakinlərinə "Məhkəmənin qərarı Allahın qərarı deyil ki, əlinizdə bayraq etmisiz" deməklə bir növ dövlətə meydan oxumaq kimi hesablanır. Bəli, cənab Hüseynov, məhkəmə qərarı eyni zamanda Allahın qərarı ilə eynidir və nəzərə almaq lazımdır ki, bütün qanunlar muqəddəs Qurani kərmə istinadla hesablanıb. Lakin məmurlar öz şəxsi maraqları üçün lazım gələndə və ehtiyacı olanda qanunlardan lazımı qaydada istifadə edir. Təəssüf hissi ilə qeyd etməliyik ki, məsüliyyət baxımından icra və probasiya şöbəsi məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. İnanırıq ki, haqq-ədalət üzülməz və son anda öz ədalətliyini sübüt edəcək.
Demiryumruq.az saytı bir daha Ədliyyə Naziri cənab Fərid Əhmədovun diqqətinə çatdırır ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov bir mənalı şəkildə üzərinə düşən vəzifəni icra etmir. Yəni, məhkəmə qətnaməsi şöbə rəisi üçün sırdan bir kağız parçasıdır.
"Əgər məsələ qanunu yolla öz həllini tapmasa biz kənd sakinləri bir başa ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəyik". Bu fikirləri müraciətlərində rayonun Azadkənd kənd sakinləri qeyd edib.
Məsələyə yenidən qayıdacayıq.
Demiryumruq.az