Dəmir yumruq » Manşet » Nizami rayonunda “ağac soyqırımı” — Kim məsuliyyət daşıyır? (VİDEO)
Manşet / 29-01-2026, 09:38

Nizami rayonunda “ağac soyqırımı” — Kim məsuliyyət daşıyır? (VİDEO)

 

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 92 ünvanında aparılan tikinti işləri ətrafında narazılıq yaranıb.

Vətəndaşların Tribuna.az-a göndərdiyi şikayətlərə əsasən, ərazidə tikinti aparılması məqsədilə çoxsaylı ağaclar kəsilərək məhv edilib.

Sakinlərin sözlərinə görə, ağacların məhv edilməsi ekoloji normalara zidd şəkildə həyata keçirilir. Bildirilir ki, yaşıllıqların qorunması ilə bağlı qanunvericilik tələblərinə əməl olunmadan tikinti işləri davam etdirilir.

Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlar, o cümlədən Nizami Rayon icra başçısı baş verənlərə qarşı susur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dəniz Pənahova


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.