Dəmir yumruq » Manşet » "Azərişıq" ASC-də sayğac biznesi: Vüqar Əhmədovun məlumatı varmı?
Manşet / Bugün, 08:14

"Azərişıq" ASC-də sayğac biznesi: Vüqar Əhmədovun məlumatı varmı?

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun son illər hardan və necə  əldə etdiyi gəlirlər barədə bəzi məlumatlar əldə etmişik. Daha dəqiq desək, hörmətli sədrin əlavə qazandığı "qəpik-qruş" ətrafında gəzən söz-söhbətlər böyük narazılığa səbəb olub.

Demiryumruq.az saytı xəbər verir ki, Bakının ətraf rayonlarında və Abşeron rayon ərazisində qanunsuz fərdi evlərin tikintisi ilə bağlı məlumatlar səngimək bilmir. Bəli, həmən evlərin hansı şərtlərlə tikintisinə icazə verildiyi qisməndə olsa məlumdur. Təbii ki, bir mənalı olaraq rayon icra başçılarının razılığı əsasında digər qrumların da "dabrosu" alınır. Bu məsələnin bir tərəfi və mahiyətcə mövzüya heç bir aidiyyəti olmadığı üçün bəzi məsələləri qabartmaq yersiz hesab edirik. Lakin bizə məlum olmayan digər bir məsələ ondan ibarətdir ki, həmən qanunsuz tikilən, heç bir mülkiyyət sənədi olmayan fərdi evlərə hansı qanunla "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən sayğac quraşdırılır?

 Təəssüf hissi ilə qeyd etməliyik ki, bu qanunsuz oyunlarda "ASAN Komunal" da öz dəstəyini əsirgəmir. Əldə etdiyimiz məlumatlara əsasən bir fərdi evə sayğacın quraşdırılması üçün 2500-3000 manat aralığında başa gəlir. Ölkə ərazisində tam mülkiyyət hüququna malik olan sənədli evləri çıxmaq şərti ilə digər qanunsuz tikilən fərdi evlərin sayı-hesabı olmadığı hər birimizə bəllidir. Görünən odur ki, bütün qeyd etdiyimiz nöqsanlara bir başa göstəriş verən şəxs "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun özüdür. İddialar və digər sübütlar onu deməyə əsas verir ki, qanunsuz fərdi evlərin sayğacla təmin edilməsi adi hala çevrilib. Əlbətdə ki, 3000 (üç min) manat və yaxud daha yuxarı məbləğ ödəyən vətəndaş razı salınmalıdır. Qanunla nəzərdə tutulur ki, bəli, sayğacları "Azərişıq" ASC-nin əməkdaşları quraşdırır. Yeni qoşulmalar və ya sayğac dəyişdirilməsi üçün müraciətlər "ASAN xidmət", "ASAN Kommunal", KOB evləri və ya elektron hökumət portalı vasitəsilə edilir. Quraşdırılma pulsuz həyata keçirilir. Doğurdanmı evlərə sayğaclar pulsuz quraşdırılır? Çox istərdik ki, sualların cavabını çox hörmətli sədr Vüqar Əhmədovun nəzərində axtaraq...

Demiryumruq.az saytı bir daha yuxarıda qeyd etdiyimiz məsələ ilə əlaqədar dərin araşdırmalara başlayır. Adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.