Dəmir yumruq » Manşet » Xətaidə qanunsuz tikilinin qarşısı nə üçün alınmır?: Eldar Əzizov xəbərdarlıq etsə də...
Manşet / Bugün, 08:57

Xətaidə qanunsuz tikilinin qarşısı nə üçün alınmır?: Eldar Əzizov xəbərdarlıq etsə də...

 

Son vaxtlar Bakı şəhərinin Xətai rayonunda qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir. 

Medianım bu günlərdə yaydığı məlumata görə, bu tikintilərin əhəmiyyətli hissəsi Xətai Rayon İcra Hakimiyyətinin razılığı və nəzarəti altında aparıldığı bildirilir. Qeyd edilir ki,  son beş il ərzində rayon ərazisində icra başçısı Rafiq Quliyev və onun yaxın çevrəsinə aid olduğu iddia edilən yüzlərlə obyekt inşa edilib. Məlumata görə, belə qanunsuzluqlara yol verdiyinə görə Rafiq Quliyev bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə çağırılıb, Prezident Administrasiysına olunan şikayətlərlə bağlı ona iradlar bildirilib və rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və  “makler” kimi tanınan Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış. Lakin sonradan məlum olmuşdur ki, 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 həftədir ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəflərlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirməkdədir.  Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün  Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində  işləyən Nurlan və İntiqam  adlı vəzifəli şəxslərə isə  20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.

Budur, 1 həftədir ki, Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı  və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikmək üçün qazıntı işlərinə başlamış və dərhal heç bir sənəd olmadan, yalnız “gözyumdu” şərtilə aldığı şifahi razılıq əsasında qanunsuz ev tikməyə başlamışdır.Xatırladaq ki, həmin ərazidə digər fiziki şəxslər də qanunsuz olaraq avtomobil qarajı tikmişlər ki, bu da yerli sakinlərin istirahət və hərəkətini məhdudlaşdırır.  Və hazırda da tikintinin davam etdiyi bildirilir. Qanunsuz evin tikintisi üçün Azər və Nurlan adlı vəzifəli şəxslərin Tahirə 10 gün vaxt verdikləri də bildilir. 10 mərtəbəli yaşayış binlarının qarşısında, minlərlə sakinlərin gözləri qarşısında insanların haqlı narazılığına qarşı saymazyana davranaraq qanunsuz ev tikintisi üçün Tahir adlı şəxsə hələlik yerli rəsmilərdən kimsə DUR -demir. Bu da bir daha onu sübut edir ki, özbaşına tikintiyə icazə verən aidiyyatı vəzifəli şəxslərin maddi maraqları yuxarıda qeyd edildiyi kimi tam təmin edilmişdir. Belə olmasaydı, Tahirin inşa etdiyi daşları dərhal onun başına uçurardılar.  Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir makler olan Tahir adlı  fərdin özbaşnalıqlarına  qanunvericilik daxilində son qoyulacaqdır.

Bir mətbu orqan olaraq rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və  hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlardan belə aydın olur ki, ərazidəki özbaşına ev tikintisi nəinki yerində araşdırılmış və işlərin müvəqqəti də olsa dayandırılmasına göstəriş verilmiş, əksinə istər yerli İcra Hakimiyyəti səlahiyyətliləri və istərsə də Arxitektura və Şəhərsalma Komitəsinin yanvarın 7-də hadisə yerinə təşrif buyurmuş komissiya üzvləri sadəcə tikiliyə baxış keçirmiş və heçnə baş verməmiş kimi, (yəni maddi maraqları təmin edildikdən dərhal sonra) ərazini tərk etmişlər.

Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və 16 yanvar  tarixinə evin 1-ci mərtəbəsinin üst hissəsinə pompalı avtomobillə monolit beton da tökülərək bərkidilmişdir. Və hal -hazırda da işlər davam etdilir. Tahirə də xəbərdarlıq edilib ki, “tikinti işlərini tezləşdirsin və dam örtüyünü yekunlaşdırsın, yoxsa bir də şikayət olarsa biz məcbur olub tikintinin sökülməsinə göstəriş verəcəyik.”

Sakinlər tərəfindən bizə verilən məlumata görə yuxarı qurumlara olunan çoxsaylı müraciətlərə baxmayaraq “makler” Tahir birinci mərətbəyə tökülmüş betonun qurumasını gözləyir. Bir-iki günə tikinti işlərini davam etdirəcək.

Biz də öz növbəmizdə Xətai rayon İcra Hakimiyyətinin göz yumduğu belə qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə bütün aidiyyatı qurumlara müraciətimizi davam etdirəcik. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız müraciətlərə hələ heç bir cavab verilməyib.

Doğrudur, müraciətimizdən dərhal sonra Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir:  “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”

Bir cavab da Xətai rayon prokuroru Sərdar Həmidovdan gözləyirik. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?(aktualinfo.net)

Məmməd Əhmədoğlu


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.