Dəmir yumruq » Manşet » Məktəblilərin qış tətili başlayır
Manşet / Cəmiyyət / Bugün, 14:28

Məktəblilərin qış tətili başlayır

 

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili başlayacaq.
 
Demiryumruq.az xəbər verir ki, tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən müəyyənləşib.
 
Bildirilib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
 
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
 
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.