Dəmir yumruq » Manşet » Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib
Manşet / Siyasət / Dün, 19:09

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

 

İran Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.
 
Demiryumruq.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı İran Azərbaycanın mövqeyini dəstəkləyib:
 
“İranın ali dini rəhbəri də Qarabağın Azərbaycanın tərkib hissəsi olan İslam torpağı olduğunu bəyan edib. İkinci Qarabağ müharibəsi dövründə İran Cənubi Qafqazda sülhün tərəfdarı olub”.
 
O həmçinin Prezident Məşsud Pezeşkianın mövqeyinə toxunaraq bildirib ki, İran Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, iki ölkənin ticari-iqtisadi əlaqələrini dəstəkləyir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.