Dəmir yumruq » Manşet » Davosdan verilən aydın mesajlar : Azərbaycanın qlobal nüfuzu və prinsipial xarici siyasəti
Manşet / Siyasət / Bugün, 06:05

Davosdan verilən aydın mesajlar : Azərbaycanın qlobal nüfuzu və prinsipial xarici siyasəti

 

 

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Əvvəlki illərlə müqayisədə bu ilki forumda rekord sayda dövlət və hökümət başçılarının iştirak etməsi forumun beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.


Səfər çərçivəsində yanvarın 20-də ölkə başçısı Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib, Avropa Parlamenti ilə münasibətlər, Ermənistanla sülh prosesi, regional məsələlər haqqında danışmış həmçinin bir sıra mühim panel iclaslarda çıxış etmişdir. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə təkcə ölkəmizin deyil, bütün Avrasiya məkanının gələcək onilliklərini müəyyən edən strateji bir manifest xarakterini daşıyır. Prezidentin müsahibəsində qeyd olunduğu kimi Azərbaycan qlobal sistemin fundamental sarsıntılar keçirdiyi bir dövrdə öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət nümunəsi sərgiləyib. Gördüyümüz hər bir iş – istər siyasi inkişaf, istərsədə suverenliyimiz və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Prezident öz müsahibəsində qeyd edib ki, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Hər bir ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalı, öz bölgəsində, həmçinin qlobal müstəvidə yaxşı münasibətlər qurmaldır. Azərbaycan məhz buna nail oldu.


Müsahibədə qonşu İranla münasibətlər, orada cərəyan edən böhranla əlaqədar Azərbaycanın mövqeyi, proseslərin Avrasiya məkanında sabitliyə, həmçinin enerji bazarlarına təsiri məsələləri ilə bağlı suallar cavablandırılıb. Prezidentin nitqində qeyd olunub ki, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.


Qeyd olunub ki, bu gün enerji bazarlarında neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümüdvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək: “Bizim istəyimiz həqiqətən bunu görməkdir. Ümüd edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”.


Müsahibədə Avropa ölkələrinin bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də toxunulub. Prezidentin nitqində qeyd olunub ki: “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə  enerji əməkdaşlığımız artmaqdadır. Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə ölkəmiz dünyada birinci yerdədir”.


Müsahibədə Avropa Parlamenti ilə olan münasibətlərə də toxunulub. Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz sualına ölkə başçısının cavabı qısa, konkret, muxbirin də vurğuladığı kimi diplomatik olub. Prezident açıq şəkildə bildirib ki: “Biz artıq buna reaksiya vermirik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Prezident həmçinin Ağ Evdə imzalanan sülh müqaviləsinin parafının əhəmiyyəti vurğulayıb, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeylərini nəzərdən keçirməyə çağırıb.


 

Dövlət başçısının Davosda “Euronews”a verdiyi müsahibə bir daha təsdiqləyir ki, Azərbaycan yeni dünya düzənində öz yerini dəqiq müəyyənləşdirib. Güc hüququnun hökm sürdüyü bir dövrdə ölkəmiz sülhə, sabitliyə, əməkdaşlığa, ədalətə əsaslanan yolla irəliləyən, öz hüququnu milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdəndir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.