Dəmir yumruq » Manşet » Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib
Manşet / Bugün, 09:29

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib

 

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ)  rəhbər heyəti xalqımızın qəhrəmanlıq tarixinin ən müqəddəs məkanlarından biri olan Şəhidlər Xiyabanını ziyarət edib.

Ziyarət zamanı VŞQ rəhbərliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək onların ruhu qarşısında dərin hörmətlərini ifadə ediblər.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan xalqının qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların göstərdiyi şücaəti gələcək nəsillərə nümunə olaraq təbliğ etməyi milli-mənəvi borc hesab edir.

Demiryumruq.az

img

img


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.