Dəmir yumruq » Manşet » Esmanur Tədris İnkişaf mərkəzinin filialları arasında "Bilik yarışı" keçirilib
Manşet / Tədbir / Bugün, 19:25

Esmanur Tədris İnkişaf mərkəzinin filialları arasında "Bilik yarışı" keçirilib

 

Esmanur Tədris İnkişaf mərkəzinində Xırdalan, Masazır və Sumqayıt filialları üzrə 2026 cı ilin ilk "Bilik yarışı" keçirilib.
 
Mərkəzin filiallarının uşaqlar arasında bilik yarışı təşkil olunub.
 
Yarışda ümumilikdə 20 uşaq iştirak edib, iştirakçılar 5 komandada mübarizə aparıblar.
"Esma", "Mübarizlər", "Qəbəbə", "Zəfər", "Nur" adlı komandalarının iştirak etdiyi yarışda 4-5 yaşlı uşaqların yarışı müəllifi Esmanur Tədris İnkişaf mərkəzinin direktoru İlahə Xudu qızı Əliyeva olduğu məktəbəqədər təhsil proqramının əsasında təşkil olunub.
Bildirək ki, İlahə xanım Əliyeva 20 ilə yaxın uşaqların inkişafı sahəsində dərsliklər, testlər, nağıllar yazaraq körpələrin yetişməsində özünəməxsus yer tutub.Azərbsycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan İlahə xanım  Esmanur loqası ilə Bakı, Abşeron və Sumqayıtda filiallar yaradaraq gənc nəslin yetişməsində xüsusi fərqlənir. Tükiyyədə baş verən zəlzələ zamanı Xırdalan şəhərində yerləşən filialda hər uşaqdan zəlzələ ərazisində olan yaşıdlarına dəstək aksiyası keçirərək "Bir millət iki dövlət" şüarı altında dəstək göstərmişdir.
44 günlük Vətən müharibəsi zamanı 2020 ci ilin 27 sentyabr tarixindən qələbənin ildönümünədək bütün filiallarında təmənnasız fəaliyyət göstərərək, Əsgərə məktub və dəstək aksiyalarında yaxından iştirak etmişdilər. Abşeron rayonunda təşkil edilən tək, başsız, aztəminatlı ailələrə o cümlədən xanımlar və uşaqlar üçün seminarlar təşkil etmişdir. Türkiyə Respublikasında dəvət olunan mütəxəsislər  məktəbəqədər tədris praqramları ilə çalışan özəl bağçaların, tədris inkişaf mərkəzlərinin müəllimlərinə seminarlar təşkil etmişdir.
Uşaqlar üçün gəzintilər, ekskursiyalar təşkil edərək ölkəmizin tarixi məkanları ilə yaxından tanışlıq lahiyələri təşkil etmişdir.
Mərkəzin uşaqları ilə yanaşı valideynlərlə Masterklaslar, idman və bilik yarışları, peşə və sənətləri öyrənək, "Özünü dərk et sağlam yaşa" adlı praqramlarnı həyata keçirmişdir.
5 kitab müəllifi olan xanım Əliyeva rəhbərik etdiyi mərkəzdə Şəhid ailələri və Qarabağ qaziləri üçün təmənnasız xidmət göstərməyi, dövlətimiz üçün layiqli övladlar yetişdirməyi bütün filiallarda həyata keçirir.
Bu gün Esmanur Tədris İnkişaf mərkəzinin Sumqayıt Ləma filialında keçirilən 
 "Bilik yarışı," çoxşaxəli ibtidai təhsil üzrə müxtəlif istiqamətləri əhatə edib. Uşaqların dünyagörüşü, məntiqi, düşünmə bacarıqları,özünü dərk edib tanımaq, Azərbaycan tarixi və mədəniyyəti, ölkəmizdə yetişən nemətlər, heyvanlar aləmi, rənglərlə hərflər, saylar, dövlət atributları və s. barədə bilikləri yoxlanılıb.
 
Tədbir uşaqların bilik səviyyəsinin artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi, komandada işləmə vərdişlərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
 
Üç mərhələdən ibarət olan yarışmanın qalib Xırdalan şəhər "Esma" komandası olub. Qalib komandaya Kubok və təşəkkürnamə təqdim edilib.
Gələcəyimiz naminə, sabahımız uğrunda fəaliyyət göstərən Esmanur Tədris İnkişaf Mərkəzi yeni ilə savadlı uşaqlarla  addımlayır. Xalqa, vətənə, dövlətə layiqli, sağlam, xöşbəxt, savadlı, vətənpərvər övladlar yetişdirmək hər bir məktəbəqədər tədris,uşaq bağçalarının, ibtidai kursların mənəvi borcudur. 
"Esmanurla körpələriniz nura boyansın".

 


 

   

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.