Dəmir yumruq » Manşet » Restoran qumarxana imiş: 30 NƏFƏR SAXLANILDI
Manşet / Bugün, 08:13

Restoran qumarxana imiş: 30 NƏFƏR SAXLANILDI

 

Demiryumruq.az xəbər verir ki, yanvar ayının 7-də Cəfər Xəndan küçəsi 23C ünvanda yerləşən "Bağçalı Saray" şadlıq sarayının həyətində fəaliyyət göstərən eyniadlı restoranda hüquq-mühavizə orqanları tərəfindən əməliyyat keçirilib. Məlumata görə əməliyyat zamanı 40-a yaxın insan saxlanılıb. 
İlkin məlumata görə, kabinetlərin birində qumar oyunları təşkil edilib, digərində isə kriminal aləmin üzvlərinin mütəmadi görüşləri keçirilib. 
Hazırda faktla bağlı araşdırma aparılır, rəsmi məlumat veriləcək. 
Qeyd edək ki, "Bağçalı Saray"ı başqa şəxslər idarə etsə də, Kərəm Həsənova aid olduğu iddia edilir./tribuna
Mövzunu davam etdirəcəyik. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.