Dəmir yumruq » Manşet » Cənab nazir, Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi kimə arxalanır?
Manşet / Bugün, 09:04

Cənab nazir, Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi kimə arxalanır?

 

Saatlı rayonu Azadkənd kənd örüş torpaq sahələri hələ də sakinlərin istifadəsinə verilməyib. Demiryumruq.az saytın elektron ünvanına daxil olan şikayət xarakterli məlumatlarda göstərilir ki, sözügedən rayonda nə qanun işləyir, nə də məmurlar üzərlərinə düşən vəzifəni icra etmir. Belə bir iddianın səsləndirilməsi bir növ rayon rəhbərliyi üçün heç də başucalığı gətirmir...

Bəli, Saatlı rayon Azadkənd kənd sakinlərinin hüquqları sözün həqiqi mənasında tapdalanır. Bu barədə saytımızda geniş məlumat verilməsinə baxmayaraq, necə deyərlər "sən saydığını say, gör fələk nə sayır" prinsipi hələ də aktual olaraq qalır. Bir sözlə, kəndin örüş sahələri zəbt olunub və müxtəlif insanlara icarəyə verilib. Hüquqları tapdalanan kənd sakinləri dövlətin ali qurumu olan məhkəmə qərarının icra olunması üçün bir neçə ildən artıq zaman gözlədiyi hər birimizə məlumdur. Yəni, bələdiyyə sədri Fuad Rəhimov, İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov birmənalı şəkildə məhkəmə qərarını icra etməkdən belə boyun qaçırır. Hələ çəkinmədən "Məhkəmə qərarı Allahın qərarı deyil ki, əlinizdə bayraq tutmusunuz" deyən Araz Hüseynov konkret dövlətin qanunlarına meydan oxuduğunu gizlətmir.

Dəmiryumruq.az olaraq bir daha şöbə rəisi A. Hüseynovun diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası adından Qərardad təcili sürətdə icra olunmalıdır. 

Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini və "icra haqqında" Azərbaycan Respublikası Qanununun 20.4 və 20.6-ci bəndi rəhbər tutaraq Məhkəmə Kollegiyası 

                                                                                                            qərara aldı:

Şikayət təmin edilsin.

Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 12 dekabr 2025-ci il tarixli "icraata xitam verilməsi haqqında" qərarı ləğv edilsin.

Şirvan Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-50/2024 saylı, 21 iyun 2024-cü iltarixli ivra vərəqəsi üzrə icra tədbirləri davam etdirilsin. 

Qərardaddan kassasiya şikayəti verilə bilməz. 

Məlum hadisə Ədliyyə Naziri cənab Fərid Əhmədov üçün də maraqlı olmalıdır. Ona görə ki, Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi R. Hüseynov tək məhkəmə qərarlarına biganə yanaşmır, eyni zaman da vəzifə səlahiyyətlərindən sui-istifadə halları və digər davranışları diqqət çəkir. Əgər belə bir ciddi faktlar qabarıq şəkildə bürüzə verirsə, deməli yuxarıda qeyd etdiyimiz kimi, rayonda nə qanun işləyir, nə də məmurlar üzərlərinə düşən vəzifəni icra etmir...

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.