Dəmir yumruq » Manşet » Xətai prospektindəki parklanma yeri çaşqınlıq yaratdı - Foto
Manşet / Cəmiyyət / Dün, 18:59

Xətai prospektindəki parklanma yeri çaşqınlıq yaratdı - Foto

 

 

Paytaxtın Xətai prospektində aparılan xətlənmə işləri sürücülərdə çaşqınlıq yaradıb.
Velosiped zolağının solunda yaradılan parklanma yerləri bir çox sürücülərin narazılığına səbəb olub.
 
Sosial şəbəkələrdə görüntülər paylaşan şəxslər yolun hərəkət hissəsinin hesabına yaradılan parklanma ərazisinin onların hərəkətinə çətinlik yaratdığını deyiblər.
 
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, yeni təşkil edilmiş parklanma yeri normativlərə və qanunvericiliyə uyğundur: “Prospektdə mikromobillik zolağı və avtomobillər üçün parklanma yerləri yanaşı təşkil edilib. Beynəlxalq təcrübədə geniş istifadə olunan bu cür yanaşma mövcud standartlara və qanunvericiliyə də uyğundur. Burada əsas iki məqsədə nail olunur - mikromobillik istifadəçilərinin təhlükəsizliyi və biznes subyektlərinin maraqlarının qorunması.
 
Oxşar sxemlər paytaxtın Mətbuat prospekti, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, Xaqani və Şıxəli Qurbanov küçələrində uğurla tətbiq olunub”.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.