İqtisadi Zonaların İnkişaf Agentliyi" Publik Hüquqi Şəxs mühafizə xidmətlərinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
Xidmətin icrası "Kapital Security" QSC-yə tapşırılıb.
Satınalmanın ümumi dəyəri 1 557 128 manatdır.
Şirkət Agentliyin inzibati binasını, Yevlax Pilot Aqroparkını, Masallı, Mingəçevir, Sumqayıt, Ağdam, Sabirabad, Neftçala sənaye məhəllələrini, Hacıqabul, Pirallahı, Sumqayıt Sənaye Parkını, Sumqayıt Sənaye Parkı "Ximqrad" ərazisini, Sumqayıt Sənaye Parkı Alüminium zavodu ərazisini bir il müddətində mühafizə edəcək.