Dəmir yumruq » Manşet » Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək
Manşet / İqtisadiyyat / Bugün, 07:39

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

 

Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri artıq hiss olunur, ilin sonuna qədər Ermənistan təxminən 16 milyard dram (təqribən 2,6 milyon ABŞ dolları) qənaət edəcək.
 
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.
 
O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil:
 
"Bu, uzunmüddətli və dayanıqlı prosesdir".
 
Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tiflis münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.
 
Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.