Dəmir yumruq » Manşet » Esmanur Tədris İnkişaf Mərkəzi Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirib
Manşet / Tədbir / Dün, 18:58

Esmanur Tədris İnkişaf Mərkəzi Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirib

 

Bu gün Xırdalan şəhərində Esmanur Tədris İnkişaf Mərkəzinin  təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirib. 

Tədbirdə" Esmanur Tədris İnkişaf Mərkəzi"nin təsisçi və direktoru İlahə Xudu qızı Əliyeva,təhsil işçiləri, bağça rəhbərlikləri, ibtidai hazırlıq kurs rəhbərlikləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"  İctimai Birliyin sədr müavini bldirib ki, bu gün Azərbaycanın bütün sahələrdə davamlı uğurları aydın görünür. Möhkəm təməl üzərində qurulan dövlət siyasəti ölkəmizin bu günü və gələcəyi üçün etibarlı əsasdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini dönməz edən Azərbaycan bu gün tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə regionda və dünya siyasətində yeni reallıqlar yaradıb. Qeyd edilib ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də bir günlük antiterror tədbirləri xalqımızın birliyinin və həmrəyliyinin bariz nümunəsi olub. Bu birliyin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

 

Sahibkar xanım çıxışında vurğulayıb ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi və siyasi imkanları genişlənib, beynəlxalq mövqeləri möhkəmlənib, tarixi ədalət bərpa olunub. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərdə dalğalanır ki, bu da milli qürurumuzun və kimliyimizin təcəssümüdür.

İlahə Xudu qızı qeyd edib ki, qalib və bütövləşən Azərbaycan 1993-cü ildən başlanan Heydər Əliyev yolunun məntiqi nəticəsidir. O bildirib ki, “Dəmir yumruq” rəmzi xalqımızın birliyini və gücünü bütün dünyaya nümayiş etdirdi.

 

Bağça şəbəkələrinin rəhbəri çıxışışında  Azərbaycanın suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyduğunu qeyd edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yaradır.

 

 Azərbaycanın bugünkü uğurlarının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi siyasət bu etimadın tam doğrulduğunu sübut edir.

 

Çıxışının sonunda İ. Əliyeva Esmanur Tədris İnkişaf mərkəzinin kollektivi adından xalqımızı Dünya Azərbaycanlılarının həmrəylik günü, Yeni il münasibətilə təbrik edərək, cansağlığı, xöşbəxtlik, uğur arzuladı. 

Tədbir musiqi proqramı ilə davam edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.