Dəmir yumruq » Manşet » Ermənilər bu postu Azərbaycan Ordusuna verdi – İlginc səbəb
Manşet / Bugün, 08:10

Ermənilər bu postu Azərbaycan Ordusuna verdi – İlginc səbəb

 

2024-cü sərhəd demarkasiyası prosesi çərçivəsində Ermənistanın Tavuş vilayətinin Kirants kəndində bir sıra strateji, möhkəmləndirilmiş mövqelər Azərbaycana verildi.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Voskan Sərkisyan deyib.

O iddia edib ki, Ermənistanda qalmalı olan daha bir ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib:

“Ermənistanın Noyemberyan rayonunun Voskevan və Bağanis kəndlərinin sərhəd zonasında yerləşən “Yeni il” zastavası demarkasiya prosesi zamanı Azərbaycana təhvil verilməməli idi. Lakin oradakı sərhədçilərə ərzaq çatdırılmasında çətinliklər bəhanəsi ilə zastava Azərbaycana təhvil verildi. Azərbaycan hərbçiləri ikinci ildir ki, həmin döyüş mövqeyində xidmət edirlər. Hazırda orada Azərbaycan bayrağı dalğalanır”.

Əliyar Xəlil


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.