Dəmir yumruq » Manşet » Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı xəbərdarlıq
Manşet / Cəmiyyət / Bugün, 09:59

Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı xəbərdarlıq

 

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "Tiktok" platformasında "onlayn mağaza" adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır.
Demiryumruq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.
 
Qeyd olunub ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, "xüsusi bayram endirimi", "məhdud sayda məhsul", "yalnız bu gün üçün kampaniya" kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv olunur və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir:
 
"Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmini məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə olunur:
 
- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
 
- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
 
- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
 
- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.
 
Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, bu kimi hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş edilir".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.