Dəmir yumruq » Manşet » “Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI
Manşet / Cəmiyyət / Bugün, 08:21

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

 

Dünyanın ən aparıcı universitetlərində təqautlu şəkildə oxuyan tələbələr məhz “Pilgrim Education” Təhsil Mərkəzinin tələbələridir. Belə tələbələrdən bir neçəsi Natiq Cavadov, Rübabə Aslanova, Fərid Mehtiyev və Ülkər Nəsibli bu ilki Dövlət Proqramı 2022-2028 təqaüdünü əldə etmişlər.

Yuxarıda adları qeyd olunan tələbələr Birləşmiş Krallığa, Natiq və Ülkər UCL (University College London) – TOP 9, Rübabə Aslanova isə Edinburgh – TOP 34 sıralamasında yer alan ali təhsil müəssisəsinə qəbul olunmuşdur. Bu uğurlar gələcəyimiz olan gənclərin daha savadlı və peşəkar formalaşacağına tam zəmanət verir.

 Onu da nəzərinizə çatdıraq ki, bu proqramı qazanmaq üçün ilk etapda Mərkəz vasitəsilə qəbul əldə edib, sonra xüsusi “voice-up” təlimi vasitəsilə müsahibə mərhələsindən keçmək olur. Gənclərimizin əldə olunan uğurları nəzərə alıb, “Pilgrim Education” Təhsil Mərkəzinin direktoru Aisa Aslanova ilə əlaqə saxladıq. Təhsil ekspertinin dediklərindən: "Mərkəzin icraçı direktoru bildirir ki, qəbulun və təqaüdün qazanılmasında əsas sirr komanda işidir. “Pilgrim Education” Təhsil Mərkəzi olaraq hər zaman işimizə məüliyyətlə yanaşırıq və bu da əlbətdə ki, bir çoxlarında qıcıq yaradır. Yəni, sağlam rəqabət aparmaq imkanında olmayan bəzi şəxslər bütün vasitələrlə uğurlarımıza kölgə salmağa çalışır. Sizi inandırım ki, özündə cəsarət, iradə toplayan tələbələr qarşılarına qoyduğu məqsədə tez bir zaman da nail olurlar. Qeyd etdiyim tələbələr mərkəzin işçiləri ilə birgə ən azı 9 ay periodunda çalışır və uğurlara imza atırlar. Təbii ki, tələbələrin qazandığı uğurlar bir başa bizim “Pilgrim Education” Təhsil Mərkəzinin uğurlarıdır. Çalışırıq ki, hər yeni ildə uğurlarımızı daha da artıraq. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bütün tələbələri və eyni zaman da kollektivimizi səmimi qəlbdən təbrik edirəm. UĞURLARINIZ MÜSTƏQİL AZƏRBAYCANIMIZIN UĞRU OLSUN!"

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.