Dəmir yumruq » Manşet » Füzuli Musayev Müdafiə Nazirliyinin komandasını təhqir edib?
Manşet / Bugün, 07:04

Füzuli Musayev Müdafiə Nazirliyinin komandasını təhqir edib?

 

Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun "Ordu” ilə matçında "Xilasedici” komandasına texniki məğlubiyyət verilib.
Buna səbəb "Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.
Belə ki, hakimlərin "Çelenc”də qərarları "Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra "bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur” ("Ordu” Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.
Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus "Ordu” komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız "Xilasedici”yə texniki məğlubiyyət verməklə kifayətlənib.
Qeyd edək ki, F. Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.
prosportaz

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.