Xəbər verdiyimiz kimi Saatlı rayon Azadkənd ərazisində zəbt edilən örüş torpaqları yenidən əkin üçün istifadəyə verilib.
Demiryumruq.az saytına daxil olan yeni məlumatlarda bildirilir ki, məhkəmə qərarı icra olunmaq əvəzinə daha da qanunlara saymamazlıq edilir. Belə ki, məhkəmənin qərarına əsasən zəbt olunmuş örüş torpaq sahələri təcili sürətdə kənd sakinlərin ixtiyarına verilməli idi. Nəticə etibarı ilə muqavilədə göstərilir ki, 27.11. 2025-ci il tarixdə icra sənədini təmin etmək məqsədi ilə Azadkənd kəndində icra tədbiri olunmalı və icra vərəqəsi üzrə borclular sözügedən torpaq sahələrində çıxarılmalıdır. Lakin Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov "icrata xitam verilməsi haqqında" qərar qəbul edərək, bir növ dövlətə qarşı ən böyük qanun pozuntusuna yol verib. Əslində, qərar icra məmuru Şıxəliyev Rüfət İkram oğlu tərəfindən verilsədə rəisin sifarişini icra edildiyi məlumdur. Bununlada özünün söylədiyi kimi "Məhkəmənin qərarı Allahın qərarı deyil ki, əlinizdə bayraq tutmusuz" deməklə məhkəmə qərarını bir kağız parçası olduğunu sübüt etdi.
Demiryumruq.az olaraq bildiririk ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov öz saxta əməllərini dövlətə yeritməklə bir növ Ədliyyə Naziri cənab Fərid Əhmədova da kələk gəlib. Cənab nazirin diqqətinə çatdırırıq ki, heç bir örüş torpaq sahəsi boşaldılmayıb və əksinə, yenidən əkin üçün hazırlıq vəziyyətinə gətirilib. Bütün özbaşınalıqları nəzərə alıb Azadkənd kənd sakinləri sizlərdən xahiş edir ki, məsələyə bir başa özünüz mudaxilə edəsiniz.
Diqqətinizə çatdıraq ki, kifayət qədər sübütlar göstərilsədə şöbə rəisi A. Hüseynov Azadkənd kənd bələdiyyə sədri Fuad Rəhimovun sifarişini icra edir. Belə olan halda məntiqlə söyləməyə əsas verən arqumenləri sadalayaq. İlk öncə İcra və Probasiya Şöbəsi ilə bələdiyyə sədri əlbir olaraq vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Hüquqi dövlətə yaşayan vətəndaşlar nə üçün məmur özbaşınalıqların qurbanı olmalıdır?
Məsələ ilə bağlı yenidən Ədliyyə Nazirliyinə və digər qrumlara rəsmi müraciət olunacaq.