"Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç olmadıqları qədər yaxındırlar”.
Demiryumruq.az TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa heç olmadıqları qədər yaxındırlar. Prosesə paralel olaraq, Azərbaycanla koordinasiyalı şəkildə biz də Ermənistanla normallaşma prosesini davam etdiririk. Növbəti ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atacağıq”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi Türkiyənin yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirdiyi barədə məlumat yaymışdı.