Dəmir yumruq » Manşet » Həmkarı Aqil Abbasa qarşı çıxdı: Saxta təşəbbüslərə ehtiyac yoxdur
Manşet / Bugün, 08:35

Həmkarı Aqil Abbasa qarşı çıxdı: Saxta təşəbbüslərə ehtiyac yoxdur

 

Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib. 

Modern.az-ın məlumatına görə, plenar iclasda çıxış edən deputat Aqil Abbas həmçinin, həbsdə olan jurnalistlərin də bu amnistiyaya daxil edilməsi təklif edib.
“Düzdür, həbsdə olan jurnalistlərin günahı olsa da, amnistiya onlar da aid olsa yaxşı olar”, - deputat deyib.

Aqil Abbasın deputat həmkarı Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxaraq ölkəmizdə həbsdə olan jurnalistlərin olmadığını vurğulayıb.

“Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.

“Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti öz vətəndaşına o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”- deyə o sonda bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.