Dəmir yumruq » Manşet » AMEA-da anım günü yenidən keçirilir- İsa Həbibbəyli göstəriş verdi
Manşet / Bugün, 13:26

AMEA-da anım günü yenidən keçirilir- İsa Həbibbəyli göstəriş verdi

Demiryumruq.az saytında yayımlanan "AMEA-da Ulu Öndərin anım gününə həsr olunmuş tədbirdə BİABIRÇILIQ" başlıqlı məqalə böyük oxucu kütləsinin narazılığına səbəb oldu.

Əslində, redaksiya olaraq AMEA-da baş verən olayları olduğu kimi təqdim etmişik. Bu məsələnin bir tərəfi. Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, nə üçün Müstəqil Azərbaycanımızı min bir əziyyət hesabına formalaşdıran, daxili xainlərdən göz bəbəyi kimi qoruyan Ulu Öndərin anım günü sayğısızlıqla yadda qalsın? Axı, mərhum Heydər Əliyevin Azərbaycanımız üçün nələr etdiyini və nələrdən keçdiyini unutmaq ədalətsizlikdir. Budurmu sizin Ulu Öndər Heydər Əliyevə olan sevginiz?

Bir daha diqqətinizə çatdıraq ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnistitutun Elektron zalında 3 dekabr 2025-ci il tarixdə Ulu Öndərin anımı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan himmi səsləndirilməyib və mərhumun xatirəsi bir dəqiqəlik sükütla yad edilməyib. Bunlardan əlavə AMEA-nın prezidenti İsa Həbibbəyli "vacib işlə" əlaqədar tədbiri tərk edib.

Dəmiryumruq.az saytına daxil olan bir vacib məsələni diqqətinizə çatdırırıq. Əldə etdiyimiz son məlumatlar görə AMEA -da təcili yığıncaq keçirilir. Səbəb isə İsa Həbibbəylinin göstərişinə əsasən anım günü yenidən keçirilməlidir. Cənab Həbibbəyli bizim haqlı irdlarımızı hansı formada qəbul edir, söyləyə bilmərik. Bir faktı qeyd edirik ki, baş verən olaylar olduqca ciddi nöqsandır və heç bir halda bağışlana bilməz.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.