Dəmir yumruq » Manşet » Baş Prokurorluğa MÜRACİƏT OLUNDU-ŞİKAYƏT
Manşet / Bugün, 10:00

Baş Prokurorluğa MÜRACİƏT OLUNDU-ŞİKAYƏT

Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, ölkədə fəaliyyət göstərən "AKA BUSİNESS" MMC-nin əməkdaşları bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onların küllü miqdarında pullarının mənimsəyib. Əslində, həmən MMC ilə bağlı məlumatlar sosial mediada öz əksini tapıb. Bir sözlə, vətəndaşlar dələduzluğa məruz qalıb...

Müraciətdə daha sonra vurğulanır ki, MMC-nin əməkdaşı Elmar Ağasoylu sadə vətəndaşları inandıraraq onlara iş və digər yalan vədlər vermişdir. Güya, vətəndaşlardan alınan pulları investesiya edirlər. Bununla bağlı bir neçə vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edərək bir qrup şəxslər tərəfindən dələduzluğa məruz qaldıqlarını bildiriblər. Faktlara əsaslanan sübütlara görə MMC-nin iki əməkdaşı İsa Taralov və Xətai Avulzadə məsüliyyətə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı məlum olmuşdur ki, həbs olunan hər iki şəxslə bərabər, cinayətdə adı keçən digər şəxs Elmar Ağasoylu da saxlanılmalı idi. Lakin məlum olmayan səbəblərdən Sabunçu rayon prokurorluğu tərəfindən E. Ağasoyun həbsi rədd edilir. Lakin ölkədən çıxışına məhdudiyyət qoyulur.

Cənab Baş Prokuror! Sizin ədalətiniz və iradənizə güvənərək bildiririk ki, bir çox hadisələri sizə dəqiq və şəffav formada çatdırmaq bəzi əməkdaşlarınız üçün olduqca müşkül məsələyə çevrilib. Ona görə də vətəndaşların müraciətini nəzərə alıb bir başa sizə müraciət etmək qərarına gəldik. Yuxarıda qeyd etdiyimiz faktlara əsaslanaraq qeyd etmək istəyirik ki, "AKA BUSİNESS" MMC-nin əməkdaşı Elmar Ağasoylu baş verən hadisənin əsl iştirakçısıdır. Adı hallanan şəxs sadə vətəndaşlara instagram, facebook və qeyri ciddi platforma hesab edilən TikTOK səhifələrindən müraciət edərək onalrın etibarından sui-istifadə edir. Bizə müraciət edən vətəndaşlar daha sonra qeyd edirlər ki, Elmar Ağasoylu heç kimdən çəkinmədiyini söyləyir. 

Cənab Baş Prokuror! Biz suveren və hüquqi dövlətdə yaşayırıq. Tam əminliklə söyləyə bilərik ki, sizin rəhbərliyiniz altında prokurorluq orqanlarından heç bir cinayətkar məsüliyyətdən yayına bilməz. Bütün bunları nəzərə alıb bir daha sizlərdən xahiş edirik ki, cinayətin təşkilatçısı "AKA BUSİNESS" MMC-nin əməkdaşı Elmar Ağasoylu ilə bağlı cinayət işini Sabunçu rayon Prokurorluğundan alıb, Bakı Şəhər Prokurorluğuna verəsiniz. 

Bir daha sizə dərin təşəkkürümüzü bildiririk.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.