Son günlər gündəmin ən aktual mövzularından biri olan AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə gedən proseslərdir.
"Od olmayan yerdən tüstü çıxmaz" deyib atalarımız. Bəli, görünən tərəf odur ki, AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin İşlər İdarəsinin rəhbəri Elton Məmmədov “Ramiz Mehdiyev İşi” üzrə bəzi məqamlara aydınlıq gətirməlidirlər. Yəni, məlum cinayət işində adı hallanan şəxslər mütləq didiriləcək. Çox güman ki, rəsmi açıqlamalar bizi yanıltmayacaq...
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Elektron zalında 3 dekabr 2025-ci il tarixində Ulu Öndərin anımı ilə əlaqədar tədbir keçirilib. Əlbətdə ki, anımın keçirilməsi hər bir azərbaycanlının mənəvi və vətəndaş borcudur. Amma belə bir tədbirdə İsa Həbibbəyli və İradə Hüseynovanın iştirak etməməsi suallar doğrultmaya bilməz. Güya, özlərində olmadıqları üçün Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbiri yarımçıq tərk ediblər. Təbii ki, hər iki şəxs bağışlanmaz sayğısızlıq və anlaşılmayan hörmətsizlik göstərib. Amma nə üçün və yaxud hansı səbəbdən iştirak etmək istəmədikləri olduqca maraqlıdır.
Bunlardan əlavə Azərbaycan tarixinin unudulmaz siması, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevə həsr olunmuş tədbirin açılışında Azərbaycan himni səsləndirilmədi. Tədbirin proqramına himnin dinlənilməsi belə salınmamışdır.
Demiryumruq.az saytında yayınlanan tənqidi məqalədən sonra müəyyən bəhanələr söylənilə bilər. Ya da texniki səbəbdən himnin səsləndirilməməsi açıqlanacaq. Sual yaranır. Cənab Həbibbəyli, siz hansı haqla Ulu Öndərin anım gününə biganə yanaşırsız? Üstəlik Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla belə anılmayıb!!!
Tam əminliklə qeyd edə bilərik ki, Ümummilli Liderin xatirəsinə ən böyük hörmətsizlikdir məhz AMEA-da qeydə alınıb.
Məlumatda daha sonra vurğulanır ki, AMEA-nın 80-illik yubileyi ilə əlaqədar "Tərəqqi" medalı ilə mükafatlandırılmış, Heydər Əliyevin şəxsiyyətinə həsr olunmuş çox saylı kitabların müəllifi, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın çixişi başlayərkən İsa Həbibbəyli qəfil ayağa duraraq- "Mən geçikirəm, digər tədbirə getməliyəm"- deyərək tədbiri tərk etdi.
Həqiqətəndə çox ciddi sual ərsəyə gəlir. Yəni, İsa Həbibbəylinin Ümummili Liderimizin anımından daha da vacib bir tədbiri ola bilərmi? Və yaxud hansı tədbir Azərbaycan xalqın xilaskərının xatirəsi qeyd olunmasından əhəmiyyətlidir?
Məqalədə adı hallanan hər iki şəxsi müşahidə edərkən, anlamaq olur ki, bu şəxslərin Mehdiyevin sayəsində akademik, AMEA- ya vitse- prezident təyin olunmuş, ordenlər almış İsa Həbibbəyli və Mehdiyevin daim təbliğatçısı İradə Hüseynovanı “Ramiz Mehdiyev işi” bərk sarsıdıb. Gercəklərin üzə çixması məsələni daha da dərinləşəcəyindən xəbər verir. Fakt odur ki, Mehdiyev aparat rəhbəri olanda vəzifəyə qoyulacaq həmyerlilərinə görə Ramiz Mehdiyevə kassirlik edib, yüksək faizini götürüb.Bir sözlə, həmişə öz agsaqqalı ilə Paşayevlərə nifrət bəsləyib...
İclasın davamını “Ramiz Mehdiyev işi” üzrə həmçinin dindiriləcək vitse-prezident İradə Hüseynova davam etdirdi. Natiqlərin sözləri, çixişları Mehdiyevçi vitse-prezident İradə Hüseynova tərəfindən kəsildi və s. Sanki iclası tez bitirmək arzusunda idi. Məqər Ulu Öndər haqqında olan çixişlardan, bölüşən xatirələrdən doymaq olarmı? Bu rəhbər şəxslər isə...
Eyni tərzdə iclası davam etdirən vitse-prezident İradə Hüseynova iclasın sonunda belə iştirakçiların müraciətlərini, bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsinin yad edilməsinə dair çoxsaylı xahişiləri əhəmiyətsiz hesab edib.
Ümummilli Liderin xatirəsinə bağışlanmaz sayğısızlıq, mənəvi cinayətdir, küfrdür.
Demiryumruq.az