Dəmir yumruq » Manşet » Donald Tramp İlham Əliyevə təşəkkür etdi - Foto
Manşet / Siyasət / Bugün, 19:00

Donald Tramp İlham Əliyevə təşəkkür etdi - Foto

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb.
 
Məktubda deyilir:
 
“Hörmətli cənab Prezident.
 
Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.
 
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.
 
Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.
 
  

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.