Dəmir yumruq » Manşet » Saxta iş təklifləri ilə bağlı - Xəbərdarlıq
Manşet / Cəmiyyət / Bugün, 17:55

Saxta iş təklifləri ilə bağlı - Xəbərdarlıq

 

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə teleqram vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.
 
Elektron Təhlükəsizlik Xidmətindən (ETX)   “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
 
Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
 
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.