Dəmir yumruq » Manşet » Kəmaləddin Heydərov onları rəis TƏYİN ETDİ
Manşet / Dün, 09:00

Kəmaləddin Heydərov onları rəis TƏYİN ETDİ

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib.

Demiryumruq.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.

Kəmaləddin Heydərov daxili xidmət mayoru Ceyhun Ramazanovu Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib. Ona polkovnik-leytenant rütbəsi verilib. (Mənbə: qaynarinfo)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.