Dəmir yumruq » Manşet » Saatlıda məhkəmə qərarı icra olunmur-İDDİA
Manşet / Cəmiyyət / Dün, 08:50

Saatlıda məhkəmə qərarı icra olunmur-İDDİA

Saatlı rayonunda məhkəmə qərarları icra olunmur. Bu barədə yenidən Demiryumruq.az saytının elektron ünvanına şikayət xarakterli məlumat daxil olub. Xatırladaq ki, rayonun Azadkənd kənd sakinləri bir müddət olar ki, rayon rəhbərliyindən, kənd bələdiyyəsinin sədri Fuad Rəhimovdan və İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynovdan yuxarı dairələrə müraciət ünvanlayıb. 

Belə ki, Saatlı rayonu Azadkənd kənd sakinlərinin iddialarına görə kəndin örüş torpaq sahəsi onların əlindən alınaraq müxtəlif insanlara əkin üçün icarəyə verilib. Hüquqlarını müdafiə edən kənd sakinlərinin səsi isə ümumiyyətlə eşidilmir. Baxmayaraq ki, hüquqi müstəvidə həllini tapan məsələ hələ də A. Hüseynov icra etmək istəmir. Dövlət məmuru qanunlara biganə yanaşırsa deməli, bir başa vəzifə səlahiyyətlərini aşır və bununlada dövlətə meydan oxumaq özünü isbatlayır. Bir faktı qeyd edək ki, İcra və Probasiya şöbəsinin rəisi Araz Hüseynov kənd sakinlərinə bildirir ki, "Məhkəmə qərarı Allahın qərarı deyil ki. əlinizdə bayraq etmisiz". 

Demiryumruq.az az olaraq Ədliyyə Naziri cənab Fərid Əhmədovun nəzərinə çatdırmaq istəyirik ki, Saatlı rayonunda məhkəmə qərarları icra edilmir. Səlahiyyətli şəxslər isə dövlət qanunlarını deyil, sanki "krişa" rolunu üzərlərinə götürür. Belə olan halda Azadkənd kənd bələdiyyə sədri F. Rəhimov də vətəndaşların hüquqlarını tanımayacaq. 

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.