Dəmir yumruq » Manşet » Əli Kərimli tibbi müayinədən keçirilib -TƏKADAMLIQ KAMERADA SAXLANILIR
Manşet / Cəmiyyət / Bugün, 07:56

Əli Kərimli tibbi müayinədən keçirilib -TƏKADAMLIQ KAMERADA SAXLANILIR

 

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Əldə etdiyimiz məlumata görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin vəkili Aqil Layic saytımıza açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.(gununsesi.info)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.