Dəmir yumruq » Manşet » "Bunlar həll olunduqdan sonra yanlış anlaşılmalar səhifəsini çevirəcəyik"
Manşet / Siyasət / Dün, 13:02

"Bunlar həll olunduqdan sonra yanlış anlaşılmalar səhifəsini çevirəcəyik"

 

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today” portalına müsahibə verib.
 
Jurnalistlərin sualları cavablandıran Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərinə də toxunub. 
 
O bildirib ki, ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallıq və yanlış anlaşılmalar olub, lakin rəsmi Bakının narahatlıqları Düşənbədə liderlər səviyyəsində müzakirə edilib. 
 
“Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi şəkildə üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi. Bu məsələlər həll olunduqdan sonra biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - o deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.