Saatlı rayonunda vəziyyət yenidən mürəkkəbləşir.
Demiryumruq.az xəbər verir ki, rayon sainləri məmur özbaşınalıqlarından əziyyət çəkməkdə davam edir. Xatırladaq ki, dəfələrlə qeyd etdiyimiz mövzü sanki daşa dönüb və belə də olmalı idi. Bir daha diqqətinizə çatdıraq ki, Saatlı rayonu Azadkənd kənd sakinlərinə dövlət tərəfindən verilmiş örüş torpaq sahəsini bələdiyyə sədri Fuad Rəhimov müxtəlif vətəndaşlara icarəyə verib. Məlum məsələdir ki, örüş sahələri heç bir halda nə satıla, nə də icarəyə verilə bilər. Lakin rayonda özünü padşah hesab edən F. Rəhimov bütün qanunları bir kənara qoyaraq öz düşəncəsi və "qanunları" ilə kənd sakinlərini hiddətləndirib. Əfsüslər olsun sakinlərin haqlı narazılığına nə rayon rəhbəri nə də digər qurumlardan heç bir reaksiya olunmur. Bütün özbaşınalıqları nəzərə alan sakinlər ədalətli məhkəmə orqanlarına müraciət edərək örüş torpaqları təcili boşaldılmasına dair qərar çıxarılmasına nail olublar. İllər keçsədə məhkəmə qərarı bir kağız parçası olaraq hələ də icra edilməyib. Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynov isə öz növbəsində " Məhkəmə qərarı Allahın qərarı deyil ki, əlinizdə bayraq tutmusunuz" deməklə dövlətə meydan oxudu. Əlləri hər yerdən üzülən kənd sakinləri prezidentin səlahiyyətli nümayindəsi rayonun icra başçısı Elmir Bağırova müraciət etsələrdə heç bir faydası olmamışdır. Bu barədə dəfələrlə qeyd etmişik. Maraqlı məqam ondan ibarətdir ki, Satlı rayonu kim tərəfindən idarə olunduğu məlum deyil. Gah bələdiyyə sədri F. Rəhimov. gah rayonun İcra və Probasiya şöbəsinin rəisi A. Hüseynov, gah da E. Bağırovun idarə etdiyi söylənilir. Bələdiyyə sədri F. Rəhimov sakinlərə bildirir ki, kimə və hara istəyirsiniz şikayət edin, söz sahibi mənəm. A. Hüseynov daha maraqlı formada yəni, məhkəmə qərarını əlinizdə bayraq etməyin deməklə bir daha sübüt edir ki, qanun onlar üçün keçərli deyil. İcra başçısı E. Bağırov məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti olmadığını vurğulayır.
Azadkənd kənd sakinlər isə bildirir ki, A. Hüseynov şikayətçiləri dəvət edərək onlara müəyyən vəzifə söz verib. Bir halda ki, örüş torpaqlarından imtina etsinlər. Təkliflərə YOX deyən sakinlərə daha məntiqli təklif səsləndirilib. Yəni, 18.11.2025 tarixində örüş torpaqlarının kənd sakinlərinə qaytarılması üçün möhlət istənilib. Vaxt və zamanın bitməsinə baxmayaraq İcra və Probasiya şöbəsinin rəisi A. Nüseynov üzərinə düşən vəzifəni icra etmək belə istəmir. Çox istərdik ki, Ədliyyə Naziri cənab Fərid Əhmədov şəxsən özü məsələni nəzarətə götürsün. Cənab nazirə sual vermək istəyirik ki, sadə vətəndaşlar nə üçün belə bir qüdrətli dövlətdən narazı qalmalıdır? Min bir əziyyət hesabına dolanan kənd sakinləri nə üçün A. Nüseynovun şəxsi maraqlarına qurban verilməlidir?
Mövzüya yenidən qayıdacayıq...
Demiryumruq.az