Dəmir yumruq » Manşet » Əhmədzadəyə məxsus “Rahat Market”in yerləşdiyi milyonluq obyekt müsadirə olundu
Manşet / Bugün, 09:05

Əhmədzadəyə məxsus “Rahat Market”in yerləşdiyi milyonluq obyekt müsadirə olundu

 

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus "Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
"Bakuinfo" 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.
Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir.
Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus "Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi. /Teleqraf.az
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.